Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 26 may tarixində Sumqayıt24 Xeberle.com-a istinadən məlumat verir.
Hadisə Sülh küçəsində, şəhərin giriş hissəsində qeydə alınıb. “Mercedes Vito” və “VAZ-21015” markalı nəqliyyat vasitələri toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.