Sumqayıtda bu gün, 27 sentyabr tarixində 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı Şəhidlərin xatirəsi anılıb və bir sıra tədbirlər keçirilib. Bu haqda Sumqayıt24-ə günorta saatlarında məlumat daxil olub.
Belə ki, ilk öncə Şəhərin Şəhidlər Xiyabanında çox sayda sakin toplanıb və saat 12:00-da Şəhidlər bir dəqiqəlik sükütla yad edilib. Bundan əlavə, şəhərin bir çox yerlərində şəhidlərin xatirəsinə ehsanlar verilib.
Həmçinin, Sumqayıt Sukanal İdarəsinin kollektivi Bulvar ərazisində şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirib.