Sumqayıda 5-ci mikrorayon ərazisində piyadalar ağacın altından keçməyə qorxurlar

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində, ev 36-nın düz yanında yerləşən ağac oradan keçən piyadalara təhlükə yaradır. Bu haqda Sumqayıt24-ün izləyiciləri xəbər verib.

Verilən məlumata görə, bir neçə gün əvvəl həmin hündür ağacın iki iri budaqı qırılıb. Onlardan biri yerə düşüb, lakin digəri ağacda asılaraq qalıb və hər an düşə bilər.

Bu ərazidən gün ərzində yüzlərlə adam keçir və hazırda onlar oradan keçən zaman təhlükə altında olurlar. Bu səbəbdən piyadalar həmin ağacın yanından keçməyə qorxurlar.