Sumqayıtda mərkəzi xəstəxana binalarının inşası davam etdiriləcək.
Səhiyyə Nazirliyinin bu məsələ ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurulub. Nəticədə tenderin qalibi “Palma İnşaat” MMC şirkəti olub. Qalib şirkətə 9,123 milyon manat ödəniləcək.
Daha öncə, 2019-2020 ci illərdə “Palma İnşaat” MMC “2 saylı Sumqayıt şəhər Xəstəxanasının tikintisi (I mərhələ)” tenderinin qalibi olmuşdur. O zaman adı çəkilən şirkətlə 9 milyon 827 min 67 manat məbləğində müqavilə bağlanmışdı.