Bu gün, 25 oktyabr tarixində Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bağlı qapı arxasında qalan uşağın köməyinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri onu xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Daha öncə, 21 oktyabr tarixində Sumqayıtda daha bir azyaşlı köməksiz vəziyyətdə qalıb.