Sumqayıt: 12-ci mikrorayonun bir hissəsində asfalt örtüyü yoxdur

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

12-ci mikrorayonun bir hissəsində asfalt örtüyünün olmaması sakinlərin narahatlığına səbəb olur. Bu haqda, bu gün 15 sentyabr tarixində Sumqayıt24-ə məlumat daxil olub.

Sumqayıt Dəmiryol vağzalının yaxınlığında (Qubadlı məktəbin arxası) olan məhəllə içi küçələrdə asfalt örtüyünün olmaması sakinləri narazı edir. Onların sözlərinə görə, yağışlar yağanda evlərinə gedib gəlmək daha da çətinləşir.

Hazırda yol çınqıl daşları ilə örtülüb.

Foto Sumqayıt24
Foto Sumqayıt24