Sumqayıt: 13 nömrəli yataqxananın sakinləri qorxu içində yaşayırlar

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda 13 nömrəli yataqxana qəzalı vəziyyətdədir. Buranın sakinləri qorxu içində yaşayırlar. Bu haqda şikayətlərini onlar Sumqayıt24-ə yönləndiriblər.

Belə ki, şəhərin 2-ci mikrorayonunda yerləşən yataqxanın fasadı demək olar ki yoxdur, eləcə də binanın daxili dağınıq vəziyyətdədir. Vətəndaşların sözlərinə görə, yataqxananın divarları əyilib və ilin 365 günü nəm içindədir. Həmçinin, yağış yağan zaman yuxarı mərtəbələri su basır, səbəb isə tavanda olan çatlardır.

Bundan əlavə, binanın pilləkanları bərbad vəziyyətə düşüblər. Hətta, deyilənə görə bir nəfər burada yıxılaraq dünyasını dəyişib.

Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24