Sumqayıt şəhərində 4-cü mikrorayonda məktəblilərin daim istifadə etdiyi yol baxımsız vəziyyətdədir. Bu haqda mikrorayon sakinləri Sumqayıt24-də məlumat veriblər.
14 nömrəli məktəbə gedən yol həm şagird və valideyinlər, həmdə sürücülər üçün hər gün problem yaşadır. Asfalt örtüyü dağınıq vəziyyətdədir, yolda çoxlu sayda çöküntü yaranıb.
“Hər gün getdiyimiz yoldur. Biraz yağış yağan kimi palçıq olur hər tərəf. Uşaq məktəbə çatanadək üstü çirklənir. Yol çoxdandı təmir olmur”, – deyə valideyin bildirib.