Sumqayıt: 18-ci məhəllədə su borusu partlayıb

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda 18-ci məhəllədə su borusunda yaranan problem həll edilir. Bu haqda bu gün, 28 oktyabr tarixində Sumqayıt24-ün müxbiri xəbər verib.

Məlumata görə, boru 3 gün öncə partlamışdır. Bu səbəbdən bu günlər ərzində əraziyə su axırdı və burada palçıq yaranıb. Həmin boru qarajlardan birinin altı ilə keçir.

Hal-hazırda hadisə yerinə aidiyəti qurumun işçiləri cəlb olunublar. Onlar problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görməkdədirlər.

Foto Sumqayıt24
Foto Sumqayıt24