Sumqayıt: 18-ci mikrorayonda şəhidin adına bulağın açılış mərasimi baş tutub

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Bu gün, 21 oktyabr tarixində Sumqayıtda 18-ci mikrorayonda “Vətən müharibəsi” şəhidinin bulağının açılış mərasimi baş tutub. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.

Şəhid-baş gizir və hərbi tibb qulluqçu Eldar Abdullayevin xatirəsinə həsr olunmuş bulaq bina 24-ün qarşısında inşa olunub. Açılış mərasimində şəhidin yaxınları və icimaiyyət nümayəndələri iştirak ediblər. Bulağın önünə gül dəstələri qoyulub.

Abdullayev Füzuli, Hadrut və Zəngilanda aparılan döyuşlər zamanı yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. 18 oktyabr tarixində isə Zəngilanda vəzifə borcunu yerinə yetirən zaman şəhid olub və Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

O, ölümündən sonra “Vətən uğrunda” və Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Foto Sumqayıt24
Foto Sumqayıt24