Sumqayıt: 2-ci mikrorayonda olan boş ərazi baxımsız qalıb

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

2-ci mikrorayonda məktəbin və yaşayış massivinin yaxınlığında olan boş ərazi baxımsız qalıb. Bu barədə bu gün, 19 oktyabr tarixində Sumqayıt24-də oxucuları məlumat verib.

Burada keçən iki piyada yolundan biri dağılmış vəziyəttdədir. Bu səbəbdən 25 nömrəli məktəbin arxasında yerləşən bu adsız ərazidən keçmək üçün şagirdlər və sakinlər dar bir yoldan istifadə etməli olurlar.

“Baxımsız olan ərazı kol-kös, müxtəlif tullantılar ilə örtülüb. Payız-qış aylarında palçıq, yayda isə ilan, qurbağa əlinidən buradan keçmək olmur”- sakinlər bildirib.

Foto Sumqayıt24
Foto Sumqayıt24