Sumqayıt şəhərində 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda bu gün,15 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-nin qaynar xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları vətəndaşlara köməklik göstəriblər.