2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binası tibbi avadanlıqlarla təchiz ediləcək.
İndex.az-ın paylaşdığı xəbərə istinadən, Səhiyyə Nazirliyi keçirdiyi tender müsabiqəsinin qalibi “Arash Medical Company” QSC sözügedən xəstəxananı yeni, müasir tibbi avadanlıqlarla təmin edəcək.
Bundan əlavə, “Arash Medical Company” QSC Azərbaycanın digər regionlarında fəaliyyət göstərən tibb məntəqələrini avadanlıqlarla təmin edəcək. Bu işlərin icrası üçün Nazirlik şirkətə 19 milyon 426 min 498 manat 60 qəpik ödəyəcək.
Xatırladaq ki, 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasına aid yeni binanın inşası 2019-2020-ci ildə ki tenderin qalibi “Palma İnşaat” MMC-nin icrasına verilmişdir.