Sumqayıt: 2 saylı yataqxana uzun illərdiki təmir olunmur

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt şəhərində yerləşən daha bir yataqxana baxımsız vəziyyətdədir. Bu problemlə 2 saylı yataqxananın sakinləri Sumqayıt24-də müraciət ediblər.

Şəhərin 18-ci məhəlləsində yerləşən bu bina uzun illərdir ki, təmir olunmur. Yataqxananın otaqlarında tavanlar saralaraq tökülüb. Binada olan borular da sıradan çıxıblar.

“Burada yaşamaq üçün şərait yoxdur. Həm də qorxuludur. Hər gün tavandan üstümüzə daşlar tökülür”, – deyə sakin bildirib.

Eyni problem 1 saylı yataqxanada müşahidə olunur.

Foto Sumqayıt24
Foto Sumqayıt24