Sumqayıtda 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi (FHN) öz saytında bildirib.
Məlumata əsasən, FHN-nin “112” qaynar xəttinə 2 nəfərin bağlı qapı arxasında qalması barədə zəng daxil olub. Həmin ünvana cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşlara köməklik göstəriblər.