Sumqayıt: 20 nömrəli tam orta məktəbin açılışı baş tutub

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Bu gün, 3 sentyabr tarixində Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbin açılışı baş tutub. Məktəbin şəraiti ilə prezident İlham Əliyev şəxsən tanış olub.

Yeni inşa olunan məktəb ümumilikdə 1100 şagird üçün nəzərdə tutulub. Müəssisədə 42 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, əmək və hərbi təlim otaqları, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Qeyd edək ki, Sumqayıtla yanaşı, digər şəhərlərdə də yeni məktəblər inşa olunur və mövcud təhsil müəssisələri əsaslı şəkildə yenidən qurulur.