22 noyabr tarixindən Sumqayıtda avtobuslarda müvəqqəti olaraq kartla ödəniş mümkün olmayacaq. Bu barədə bu gün, 20 noyabr tarixində Sumqayıt24-ün müxbiri məlumat verib.
Kart sisteminin müvəqqəti dayandırılmasında səsəb isə ödəniş terminallarında (validatorlarda) yaranan problemdir.
Qeyd edək ki, 28 sentyabr tarixindən Sumqayıtda 206 sərnişin avtobusunun hər birinə xüsusi ödəniş terminalları quraşdırılmışdır.