Sumqayıt: 23 oktyabr tarixində “Rəsm klubu”nda görüş keçiriləcək

Total
0
Shares
Foto sumgayitgencleri
Foto sumgayitgencleri

23 oktyabr tarixində Sumqayıtda “Rəsm klubu”nda görüş keçiriləcək. Bu barədə Gənclərin İnkişaf və Karyera Mərkəzi məlumat yayıb.

Rəsm klubunun sədri Şəbnəm Zeynalova təbiət təsvirlərin işlənməsi, rəsm əsərlərinin yaradılmasının əsaslarını öyrədəcək. Həmçinin, meyvə səbətinin yığılma qaydası ətraflı izah ediləcək. Daha sonra qrup üzvləri birgə səbəti düzəldəcəklər.

Görüş saat 15:00-da, Sumqayıt şəhəri Heydər Əliyev mərkəzinin 4-cü mərtəbəsində baş tutacaq.