28 sentyabr tarixindən Sumqayıtda şəhər daxilində bütün sərnişin avtobusları kart sisteminə keçiriləcək. Bu haqda 24 sentyabr tarixində məlum olub.
İki manat təşkil edəcək kartları sürücülərdən əldə edib, balansı isə MilliÖn aparatları vasitəsi ilə artırmaq mümkün olacaq. Həmçinin, gediş haqqını təmassız ödəniş üsulu (payPass, payWave) olan bütün bank kartlarıyla da ödəmək mümkündür.
Bundan əvvəl, Ceyranbatan – Sumqayıt marşrut xətti üzrə hərəkət edən 9 nömrəli avtobuslarda kart sistemi tətbiq edilmişdir.