Sumqayıtda 29-cu məhəllə ərazisində su borusu partlayıb. Bu haqda Sumqayıt24-ün izləyiciləri məlumat veriblər.
Sözügedən problem məhəllənin 20 yanvar kuçəsinə düşən hissəsində yaranıb. Belə ki, partlayan boru səbəbindən ətrafı su basıb. Yolda olan çalaları isə palçıq bağlayıb. Sakinlərin dediyinə görə, bu hal artıq 2 həftəyə yaxındır ki davam edir və onların normal hərəkət etməklərinə maneə yaradır.