Son günlər şəhər sakinləri tərəfindən redaksiyamıza “3-cü (“buster”) doza peyvəndi hansı klinikada qəbul etmək olar?” kimi çox sayda sual daxil olur. Bunu nəzərə alaraq Sumqayıt24 öz araşdırmasın apardı.
Belə ki, ilk öncə nəzərə çatdıraq ki 3-cü doza peyvəndi qəbul etmək üçün aldığın 2-ci dozadan ən azı 6 ay keçməlidir. Ödənişsiz şəkildə həmin xidməti göstərən poliklinikaların siyahısını təqdim edirik:
- 3 nömrəli Ailə Sağlamlıq Mərkəzi (2 saylı uşaq poliklinikası) (45-ci məhəllə, Nəriman Nərimanov küçəsi): burada vətəndaşlar 3-cü doza kimi “Pfizer” vaksini ilə peyvəndlənə bilərlər;
- 2 nömrəli poliklinika (22-ci məhəllə, Heydər Əliyev prospekti “Göyçay” marketin arxası): burada vətəndaşlar 3-cü doza kimi “Sinovac” vaksini ilə peyvəndlənə bilərlər;
- 3 saylı poliklinika (45-in xəstəxanası): burada vətəndaşlar 3-cü doza kimi “Sinovac” vaksini ilə peyvəndlənə bilərlər.
Qeyd edək ki, Azərbaycanda peyvəndlənmə yanvar ayından başlayıb və bügünədək 9,5 milliona yaxın doza vaksin vurulub.