Sumqayıt: 3 saylı poliklinikada karantin qaydaları pozulub

Total
0
Shares
Envato
Envato

Sumqayıt şəhəri 3 saylı poliklinikada qeydiyyatçılar inzibati məsuliyyətə cəlb olunublar. Səbəb isə onların tibbi maskadan istifadə etməməsidir. Bu barədə sosial şəbəkələrdə video yayılıb.

Videoda Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə etmədiyləri üçün həmin şəxslər barəsində protokollar tərtib edib və cərimələyiblər.

Poliklinika rəhbərliyi öz növbəsində həmin şəxslərə töhmət verib.