Sumqayıtda 37 nömrəli məktəbin idman meydançası istifadə üçün yararsız hala düşüb. Bu haqda Sumqayıt24-ə həmin məktəbdə oxuyan şagirdlərin valideynləri müraciət edib.
Beləliklə, 6-cı mikrorayonda yerləşən təhsil müəsissəsinin nəzdində futbol stadionu var. Lakin meydança uzun illərdir ki baxımsız vəziyyətdədir. Stadion artıq hündür ot ilə, dikanlar ilə örtülüb. Ərazi boyunca orada çökəkliklər yaranıb. Həmçinin, azarkeşlər üçün nəzərdə tutulmuş oturacaqlar də dağılıb. Yağış yağan zaman isə burada tərəf palçıq olur.