Sumqayıt: 387 nəfərin toya girməsinə icazə verilmədi

Total
0
Shares
Envato
Envato

Sumqayıtda vaksin olunmadan toyda iştirak etmək istəyən şəxslər geri qaytarılıb. Bu haqda Daxili İşlər Nazirliyinin rəsmi Facebook səhifəsinə istinadən yazırıq.

Qeyd olunan səbəbdən, polis əməkdaşları son 10 gün ərzində şəhər ərazisində ümumilikdə 387 nəfərin toylara girişinə icazə verməyib. Ümumilikdə, reydlər zamanı 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, onlar tərəfindən mərasimdə iştirak etmək istəyən 1 nəfər aktiv koronavirus xəstəsi də aşkar edilib.

Pandemiyanın qaydalarına əməl edilmədiyi məkanlar ilə bağlı müvafiq tədbirlər görülüb.