Sumqayıt: 4-cü mikrorayonda yaşayış evinin yanında elektrik dirəyi aşıb

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtın 4-cü mikrorayon ərazisində elektrik dirəyi aşıb. Bu haqda bu gün, 26 sentyabr tarixində Sumqayıt24-ün müxbiri xəbər verib.

Əldə edilən məlumata əsasən, hadisə yaşayış binasının yanında baş verib. Orada olan hündür ağac, güclü külək səbəbindən dirəyin üzərinə aşıb və dirək ağırlığa dözməyib.

Hal-hazırda əraziyə aidiyyəti qurumun işçiləri və texnika cəlb olunub. Onlar yerdə dəlik qazaraq oraya yeni dirək quraşdıracaqlar.

 

Foto Sumqayıt24
Foto Sumqayıt24