Sumqayıt: 4-cü mikrorayonun bir məhəlləsində yolun təmir işləri natamam görülüb

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda 4-cü mikrorayon, bina 4/64-ün önündə asfalt örtüyü pis vəziyyətdədir. Bu haqda Sumqayıt24-ün izləyicisi məlumat verib.

Bizə təqdim olunan məlumata əsasən, həmin məhəllənin ərazisində asfalt örtüyünün çəkilməsi işləri natamam görülüb. Müvafiq qurum tərəfindən bir vaxtlar asfaltlanma aparılsa da, lakin sonradan işlər naməlum səbəblərdən dayandırılıb.