Sumqayıtda 40-cı məhəllədən keçən yolun ortasında kanalizasiya quyusu qapaqsız qalıb. Bu barədə izləyicilərimiz Sumqayıt24-ə məlumat veriblər.
Belə ki, həmin ərazidə (Qaz idarəsiilə üzbəüz yolda) su ilə dolu quyunun qapağı yoxdur. Sakinlərin sözlərinə görə, bu yol ilə gün ərzində çox sayda avtomobil və sərnişin avtobusları keçir və bu problem tez bir zamanda həll olunmasa, qəzalar qaçılmzadır.
Hətta, bizə verilən məlumata görə artıq bir neçə avtomobil həmin üstü açıq quyuya düşüb və bu səbəbdən sürücülərə maddi ziyan dəyib.