Sumqayıt şəhərində “Biz narkomaniyaya yox deyirik” devizi altında ümumtəhsil müəssisələrində maarifləndirici xarakterli görüşlər davam edir. 19 noyabr tarixində 41 nömrəli tam orta məktəbdə “Maddələrə bağlanma, həyata bağlan”nadlı tədbir keçirilib. Bu haqda 41 nömrəli məktəb məlumat yayıb.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri pis vərdişlərdən çəkindirməkdir. Görüşdə Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə inspektor, polis kapitanı Ramal Eminli, Narkoloji dispanserin həkimi Vüsal Cabbarov və Təhsil Şöbəsinin metodisti Cəmilə Fəyyaz narkomaniyanın insan həyatına vurduğu fəsadlardan danışıblar, gənclərimizi ayıq-sayıq olmağa çağırıblar.
Daha öncə, “Sumqayıt Narkomaniyaya Yox Deyir” adlı görüş 11 nömrəli tam orta məktəbin akt zalında keçirilmişdir.