Sumqayıtda 5-ci mikrorayon ərazisində piyada yolu nahamardır. Bu barədə Sumqayıt24-ün müxbiri xəbər verib.
Məlumata əsasən, Cəlil Məmmədquluzadə küçəsində (Azpetrol YDM-nən Dörd Qardaş şadlıq sarayına qedən yolun sol tərəfində) səkinin bəzi hissələrində çökəkliklər yaranıb.
Həmçinin, həmin yerdə kanalizasiya qapağı asfaltın altında qalıb.