Sumqayıtda 30 oktyabr tarixində gənc yazar, 5 kitab müəllifi olan Əvəz Əbilovla görüş baş tutacaq. Bu haqda Sumqayıtın Gənclər İnkişaf və Karyera Mərkəzi məlumat yayıb.
Görüş zamanı Əbilov gənclərə yazdığı kitablar haqqında məlumat verəcək, həmçinin personajları niyə və nə cür seçdiyini izah edəcək.
Qeyd edək ki, tədbir saat 17:00 da, Heydər Əliyev Mərkəzinin 4-cü mərtəbəsində baş tutacaq.