Sumqayıt 53-cü məhəllənin sakinləri elektrik dirəyin qəzalı vəziyyətdə olmağında narahatdırlar. Bu haqda məlumat sosial şəbəkələrdə yayılıb.
Problem Şəmşad Pənahov və Şərq küçələrinin kəsişməsində yaranıb. Sakinlərin sözlərinə görə, dirək aşmaq üzrədir və elektrik naqillərə dolaşaraq orada asılı qalıb. Təhlükə mənbəyi olan sözügedən dirək iki həftədən çoxdur ki bu vəziyyətdədir. İnsanlar bu səbəbdən həmin yerdən keçəməyə qorxurlar. Telekommunikasiya govşagına məlumat verilsədə hələdə tədbir görülməyib.