Sumqayıt: 8-ci mikrorayonda səkinin üzərində olan kanalizasiya lyuku piyadalara təhlükə yaradır

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtın Mirzə Ələkbər Sabir küçəsində səkinin üzərində olan kanalizasiya lyuku piyadalara maneə olur. Bu haqda yerli sakinlər redaksiyamıza bildiriblər.

Onların sözlərinə görə, şəhərin 8-ci mikrorayonunda yerləşən səkinin bu hissəsi özü də dağılmış vəziyyətdədir. Burada, olan lyukun qırağında boşluq yaranıb və havanın qaranlıq saatlarında onu görməyən insanlar üçün təhlükə yaradır.

“Axşam bu yolla evimə qayıdırdım. Amma peşman oldum bura ilə getməyimə – çünki ayağım ilişdi bu lyuka və yıxıldım. Ayağım pis gündədir hazırda. Zəhmət olmasa bu lyuk ilə bir şey etsinlər və aradan qaldırsınlar”,- deyə, sakinlərdən biri bildirib.