Sumqayıt: 8-ci mikrorayonda yeraltı qaz borusunda sızma aşkar edilib

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda Bakı küçəsinin 8-ci mikrorayon ərazisində (1-ci polis bölməsinin yaxınlığı) yeraltı qaz boruları təmir edilir. Bu haqda Sumqayıt24-ə bu gün, 29 noyabr tarixində məlumat daxil olub.

Bizə verilən bilgiyə görə, bunun səbəbi buradan keçən boruda qaz sızmasının qeydə alınmasıdır. Təqdim edilən fotomateriallarda göründüyü kimi həmin yol bir neçə yerdə qazılıb və sızmanın baş verdiyi hissə müəyyənləşdirilir. İşlərin aparıldığı yerin ətrafı müvəqqəti olaraq lentlə bağlanılıb.

Xatırladaq ki, bu yolda təzəlikcə təmir işləri aparılmışdır.

 Foto Sumqayıt24
Foto Sumqayıt24