Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən zirzəmi əsaslı təmir olunub. Bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
İdarənin əməkdaşları 69-cu evin zirzəmisində təmir bərpa işləri aparıblar. Yararsız kanalizasiya boruları yeniləri ilə əvəz olunub.
Daha öncə, 9-cu mikrorayonda 38 saylı binanın 1-ci və 2-ci girişlərində köhnə kanalizasiya xətlərini dəyişdirmişdilər.