Sumqayıtda 9-cu mikrorayonda yerləşən zirzəmidə təmir işləri aparılıb. Bu haqda məlumat Sumqayıt Sukanal idarəsi paylaşıb.
İdarənin əməkdaşları 38 saylı binanın 1-ci və 2-ci girişlərində yararsız kanalizasiya xətlərini yenisi ilə əvəz ediblər.
Bundan əvvəl, 4-cü mikrorayonda yerləşən yataqxananın zirzəmisində görülən təmir-bərpa işləri haqqında xəbər vermişdik.