Sumqayıtda 9-cu mikrorayonun bir hissəsində (“Şərq bazarı”nın arxa tərəfində) yol dağılmış vəziyyətdədir. Bu haqda Sumqayıt24-ə məlumat daxil olub.
Yolda asfalt örtüyünün olmaması sürücülərin hərəkət etməsində müəyyən çətinliklər yaradır. Şəhərin bir çox yerində asfaltlanma işləri aparılsa da, sözügedən yolda uzun illərdir ki, təmir-bərpa işləri aparılmayıb.