Sumqayıt: aşmaq üzrə olan ağac sakinləri narahat edir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda aşmaq üzrə olan ağac var. Bu haqda Sumqayıt24-ün oxucuları məlumat verib.

Sözügedən ağac 5-ci mikrorayonla 45-ci məhəllə arasında olan parkdadır. O, 20 ilə yaxın bu vəziyyətdədir. Bu böyük ağac günü-gündən daha da əyrilir və onun kötükləri hətta səkini də deformasiyaya uğradıb. Sakinlərin sözlərinə görə, insanlar bu yerdən qorxa-qorxa keçirlər – “Ağac hər an düşə bilər. Onu kəsməsələr də, bir qabağlayıcı tədbirin görülməsini istəyərdik”,- sonda əlavə ediblər.

Foto Sumqayıt24
Foto Sumqayıt24