Sumqayıt: şagirdlər məktəbə getməyə çetinlik çəkirlər

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda yağan yağışların fəsadları şagirdlərin məktəbə getməyini çetinləşdirir. Bu barədə Sumqayıt24-də oxucularımız bildirib.

Belə ki, Cəlil Səfərov adına 10 nömrəli tam orta məktəbin önündə yağan yağış nəticəsində gölməçə yaranıb.

“Gölməçə keçilməz uzunluqdadır, bilmirik necə firlanaq, necə hoppanaq. Məktəb binası özüdə baxımız vəziyyətdədir, önüdə göz qabağındadır”- oxucu-valdeyin bildirib.

Onun sözlərinə görə, bu problem payız-qış aylarında davamlı olaraq yaşanır.

Həmçinin, məktəb binası uzun müddətdir ki əsaslı təmir olunmur. Məktəbyanı sahə və idman stadionu baxımsız vəziyyətdədir. Pəncərələrin bir hissəsi taxtadandır. Binanın rənglənən hissəsi isə solmuş və tökülmüş haldadır.

Foto Sumqayıt24
Foto Sumqayıt24