Sumqayıt şagirdləri “HERBEST SYMPHONIE – Berlin 2021” çox janrlı müsabiqədə qalibiyyət əldə ediblər

Total
0
Shares
Foto Sumqayit RMI Facebook
Foto Sumqayit RMI Facebook

Sumqayıt şəhəri Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri “HERBEST SYMPHONIE – Berlin 2021” çox janrlı müsabiqədə fortepiano üzrə qalibiyyət əldə ediblər. Bu haqda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

Berlin şəhərində təşkil edilən yarışda 6-cı sinif şagirdi Aytac Vəlizadə və 5-ci sinif şagirdi Valeriya Olxovaya 1-ci dərəcəli laureata, məktəbin digər şagirdləri Səid Vəlizadə, Aysu Məmmədzadə, Ayla Pənahova, İnci Vəlizadə isə 2-ci dərəcəli laureata layiq görülüblər.

Həmçinin, bu qalibiyyətə görə müəllimələr Esmira Əliyeva və Sevda Məcidova da mükafatlar əldə ediblər.