Sumqayıt: şagirdlərin oğurlanmasına cəhd halları barədə DİN-dən açıqlama verildi

Total
0
Shares
Foto DIN TWEETTER
Foto DIN TWEETTER

Bir neçə gün öncə sosial şəbəkələrdə bir neçə şəxs tərəfindən sumqayıtlı şagirdləri oğurlamaq cəhdləri geniş müzakirələrə səbəb olmuşdur. Daxili İşlər Nazirliyi (DİN) bu gün, 13 oktyabr tarixində Report-a açıqlama verib.

Məlumata əsasən, şagirdlərin oğurlanması barədə sosial şəbəkələrdə və “WhatsApp” qruplarında yayılan səs yazıları yoxlanılıb.

“Bu, tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”- DİN-nin Mətbuat

Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“11 nömrəli məktəbin önündə 35-40 yaşlı uzun saqqalı, göy göz kişi uşağı az qala maşına zorla otuzdursun. Uşaq qışqırmağa başladı və yaxında olan insanlar ona kömək etdilər. Oğru avtomobilinə minib qaça bildi. “Almarketin” kameraları hadisə yerini çəkmirdi. Digər kameralara baxdıqda isə məlum olub ki, maşının arxa nömrəsi çıxardılıb”- bu kimi səs yazısı “WhatsApp”da yayılmışdır.