“Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda 9 tona yaxın müxtəlif növ qida məhsulları məhv edilib. Bu barədə bu gün, 29 noyabr Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, “AZ FP CO LTD” MMC-nin istifadə müddəti bitmiş və istehlaka yararsız 65 adda müxtəlif növ qida məhsulları AQTA əməkdaşlarının iştirakı ilə utilizasiya edilib.
Daha öncə, 23 noyabr tarixində poliqonda “Sun Food” MMC-nin 66 tondan çox müxtəlif növ qida məhsulları məhv edilmişdir.