Sumqayıt: artıq 15 gündür ki 18-ci məhəllədə təmir məqsədi ilə qazılmış asfalt örtüyü bərpa edilmir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda 18-ci məhəllə ərazisində təmir adı ilə bir neçə yerdə qazılmış asfalt örtüyü bərpa edilmir. Bu barədə həmin məhəllənin sakinləri Sumqayıt24-ə bildiriblər.

Bizə verilən məlumata görə, 15 gün bundan əvvəl evləri istiliklə təmin edən yeraltı boru partlamışdı və bu problemi aradan qaldırmaq üçün 2 yerdə qazıntı işləri aparılmışdır. Lakin, işlər bitdikdən sonra yol səthi bərpa edilmədən olduğu kimi qalıb. Əlavə olaraq, 6 gün bundan əvvəl həmin boruda sızma müşahidə olunduğu üçün daha bir 1 çala qazılmış, ətrafı isə qoruyucu lent ilə bağlanmışdır.

Vətəndaşların dediyinə görə, axşam saatlarında nəvəsi ilə gəzən yaşlı qadın çalalardan birinə düşərək xəsarət alıb.