Sumqayıt avtobus kartlarının balansını artırma prosesini sizə təqdim edirik

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt avtobuslarında kart sistemi ilə ödəniş metoduna keçid ediləndən sonra, əksər sakinlər kartın balansını artırmaq istərkən bir sıra problemlə qarşılaşıblar. Sumqayıt24-ün izləyicilərinin çox sayda müraciətləri əsasında avtobus kartlarının balansını artırma prosesini sizə təqdim edirik:

  1. Ödəniş terminalının (MilliÖn) əsas səhifəsində “Nəqliyyat” bəndini seçib növbəti pilləyə keçid edirsiniz
  2. “Sumqayıt Nəqliyyat Kartlarına Mədaxil” seçərək növbəti pilləyə keçid açılır
  3. Kartın son 4 rəqəmini və kartın seriya nömrəsini qeyd edib “İrəli” düyməsini sıxmalısınız
  4. Təsdiqlədikdən sonra isə istənilən məbləği terminala daxil edirsiniz və yenə də “İrəli” düyməsini sıxırsınız
  5. Qəbzi götürməyi unutmayın