Sumqayıt: avtobusların kart ödəniş sistemində problemlər yaranıb

Total
1
Shares
Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az

Sumqayıtda avtobusların kart sisteminə keçidindən sonra yaranan problemlər Facebook sosial şəbəkisəndə müzakirə mövzusuna çevrilib.

“Karta yüklənən məbləğ balansa gec oturur, terminalların bir çoxu qəpik qəbul etmir”- bu kimi problemlər sərnişinlərin narazılığına səbəb olub.

Şəhər sakinlərinin birinin sözlərinə görə, aparatlar ancaq manat qəbul edir və kartın balansını qəpik ilə artırmaq olmur.

Digər sumqayıtlı yazır ki, ödəniş kartının üzərində qeyd olunan Sumqayıt Nəqliyyat MMC-nin qaynar xətt nömrəsinə zəng çatmır.