Sumqayıtda ictimai nəqliyyatda ödəniş üçün istifadə olunan kartlar dəyişdiriləcək.
Şəhər Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşınma idarəsinin rəisi Tofiq Saydumov Xəzər Xəbər-ə bildirib ki, mövcüd kartlar yaxşı işləmədiyindən yaxın günlərdə yeni kartlar gətiriləcək və sakinlər əldə etdiyi kartları təzələri ilə əvəz edə biləcəklər.
“Validator aparatlarında və kart sistemində yaranan problemlər qısa zamanda həll ediləcək. Bu, ilkin olduğuna görə, bu sahədə bizim elə geniş şəkildə təcrübəmiz yoxdur”, – idarə rəisi əlavə edib.
Qeyd edək ki, vətəndaşlar kartlarda balans olduğu halda boş göstərməsindən və bəzi hallarda aparatlarda kartlarının işləmədiyi yazıldığından narazıdırlar.