Sumqayıtda uzun müddət davam edən ictimai-nəqliyyat kart problemləri sakinlərin naratçılığına səbəb olur. Problemlərdən biri avtobuslarda kartla ödənişin mümkün olmamasıdır. Bu barədə Sumqayıt24-də çoxlu sayda müraciət daxil olur.
Əldə etdiyimiz məlumata əsasən, kartda balans olmayan zaman onu bir neçə dəfə, ard-arda ödəniş üçün terminala yaxınlaşdırdıqda, o avtomatik olaraq bloklanır. Bu hal baş verdikdə, kart sahibləri “Sumqayıt Nəqliyyat-1” MMC-yə müraciət edə bilərlər. “Sumqayıt Nəqliyyat-1” MMC tərəfindən göstərilən xidmət ödənişsizdir.
Həmçinin məlumatda qeyd olunub ki, kart balansının görsənməməsi ilə bağlı problem, yaxın zamanlarda aradan qaldırılacaq.
28 sentyabr tarixindən Sumqayıt daxilində bütün sərnişin avtobusları kart sisteminə keçirilib.