Sumqayıt: avtomobillərin intensiv hərəkət etdiyi küçədə kanalizasiya lyukları oğurlanıb

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıtda avtomobillərin intensiv hərəkət etdiyi küçədə kanalizasiya quyularının qapaqları oğurlanıb. Bu barədə Baku TV-yə istinadən xəbər veririk.

Nəriman Nərimanov küçəsində (“Pioner” marketin önü) kanalizasiya lyukları bir həftədən çox qapaqsız qalmışdır. Buradan keçən avtomobillərin əksəriyəti həmin lyuklara düşərək qəza hadisəsi törədirdi.

Sakinlərin bildirdiyinə görə, onun yerinə adi dəmir list və ya plastik qapaq qoyulsanda, bir müddət sonra onlar qırılırdı.

Reportajda bildirib ki, yaranan çətinlik Sumqayıt Sukanal İdarəsi tərəfindən aradan qaldırılıb.