Sumqayıt: avtovağzalda bir sıra problem mövcuddur

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt avtovağzalı urəkaçan vəziyyətdə deyil. Bu barədə yerli sakinlərin və şəhərin qonaqlarının müraciətlərinə əsasən yazırıq.

Müraciətlərdə deyilir ki, avtovağzalın ən vacib problemlərindən biri yol ortüyüdür. Beləliklə, burada asfalt uzun müddətdir ki, yenilənmir və artıq üzərində çatlar, çökəkliklər yaranıb. Bəzi yerlərdə isə asfalt yoxdur, yola yalnız çınqıl səpilib. Bu faktor şəhərlərarası avtobusların ərazidə hərəkətini çətinləşdirir.

Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24

Bundan əlavə, vağzalın pilləkanları da pis vəziyyətdədir. Onların üzərindən keçən bir neçə boru insanlara maneə yaradır. Həmçinin, buranın işıqlandırma sistemidə zəifdir.

Foto Sumqayıt24
Foto Sumqayıt24