Bir həftə öncə işıqlandırdığımız “Sumqayıtçay” ərazisində ki zibil probleminin bir qismi həll edilib. Bu haqda Sumqayıt24-ün izləyiciləri məlumat verib.
Onların sözlərinə görə, əraziyə gələn şəxslər və texnika tərəfindən tullantıların bir hissəsi oradan aparılıb, yerdə qalan hissəsi isə torpaqla örtülüb. Lakin, buna baxmayaraq yaşayış massivində hələdə zibil qutuları quraşdırılmayıb.
Qeyd edək ki, əraziyə zibilin qoxusuna çaqqal və tülkülər gəlir.