Sumqayıtda Azərbaycan və Heydər Əliyev prospektlərinin kəsişməsində səkinin bir hissəsi çöküb. Ərazidə piyadaların hərəkətinə icazə verilmir. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
Əldə edilən məlumata görə, asfalt və bordürün altı çöküb. Çuxurun yaranma səbəbi isə uzun müddətdir ki, buradan keçən yeraltı kanalizasiya borusunun partlaması və nəticədə çirkab suların səkinin altında olan torpağı yumasıdır.
Hal-hazırda, problemli ərazidə su nasosu quraşdırılıb və yerin altında yığılan su çəkilir